Ermənistanda koronavirusdan ölənlərin sayı 2850 nəfərə çatıb

03 Yanvar 2021 - 11:14

Son sutka ərzində Ermənistanda koronavirusa 229 nəfər yoluxub.

APA “Sputnik”ə istinadən xəbər verir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 160 027 nəfərə çatıb.

Son sutkada ölkədə xəstəlikdən 14 nəfər ölüb. İndiyədək koronavirusdan ölənlərin sayı 2850 nəfərdir.