Ermənistanda yeni ombudsman seçilib.
Azpost.info bildirir ki, parlament bu gün “Vətəndaş sazişi” partiyasının namizədi, ədliyyə nazirinin sabiq müavini Kristine Qriqoryanı yeni ombudsman seçib.
Onun lehinə 68 deputat səs verib.
Qriqoryan vəzifəsinin icrasına 23 fevraldan sonra başlayacaq. Gələn ay hazırkı omdusman Arman Tatoyanın səlahiyyəti başa çatır.
Qriqoryan 1981-ci ildə anadan olub. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib. İngilis,rus, fransız, alman və ərəb dillərini bilir. Bitərəfdir.