Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək.
Azpost.info bildirir ki, bu barədə virtualaz.org məlumat yayıb.
Saytın əldə etdiyi bu xəbəri XİN-dən nə təsdiq, nə təkzib ediblər. Amma “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiqləyib. O, deyib ki, erməni jurnalistlərinin Bakıya səfər edəcəyi haqda eşidib: “Amma “Yeni nəsil” jurnalistlər birliyi bu səfərin təşkilində iştirak etmir”
Məlumata görə noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.