Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik –

User 14 İyun 2025 - 14:25 (Last updated: 14 İyun 2025 - 14:27)
hikmet praqa

“Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.

O həmçinin, Azərbacyanın regionda təhlükəsizliyi təmin etdiyini diqqətə çatdırıb. H. Hacıyev vurğulayıb ki, Azərbaycanın bu ölkədən gözləntiləri var.

“Azərbaycanın əraziləri işğal altında olduğu zaman biz əlaqələri yalnız münaqişənin həlli prosesi çərçivəsində nəzərdən keçirirdik. Münaqişənin həll olunduğu bir vaxtda hesab edirik ki, “Şərq – Qərb” nəqliyyat dəhlizinin vacib komponentlərindən biri də ölkədə təhlükəsizlik və sabitliyin hökm sürməsidir. Bu, həmin dəhlizin tam miqyasda və effektiv fəaliyyəti üçün zəruridir. Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan regionda aparılan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər. Bu, mümkündür. Bizim də təbii ki, Ermənistandan gözləntilərimiz var. 30 ildir Ermənistan Naxçıvanı blokada şəraitində saxlayıb. İndi isə biz onlardan ilk vacib addımı atmasını, yəni, Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik. “Dəhliz” sözü Ermənistandakı həmkarlarımda qıcıq yaradır. Qoy, buna nə istəyirlər desinlər. Lakin biz ilk olaraq Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”.

AzPost.az

Post navigation

Previous: İranın İsfahan və Natanz nüvə obyektlərinə ciddi ziyan dəyib
Next: Ərdoğan İsrail-İran savaşı ilə bağlı Bəyanat yaydı

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.