Ermənistanın ədliyyə naziri istefa verib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Nazir Qriqor Minasyan tutduğu postdan istefa verib.
Minasyanın özünün sosial şəbəkədə dediyi kimi, parlamentli idarəetmə sistemində ən azı bir deputatla müsbət əməkdaşlıq olmasa, nazir vəzifəsini tutmaq çətindir. O, hakim partiyanın 20-yə yaxın deputatı ilə problemlərinin olduğunu öyrənib.
“Məni dəstəkləyən və mehribanlıqla qəbul edən bütün digər deputatları, hökumətdəki bütün həmkarlarımı və təbii ki, mənə böyük imkanlar yaradan baş nazir Nikol Paşinyanı çox minnətdaram və hər zaman hərarətlə xatırlayacağam… İnsanlar həmişə ədliyyə nazirlərindən ədaləti tez və dərhal çatdıracaqlarını gözləyirdilər. Amma bu, nazirin funksiyası deyil, bu funksiya hüquq-mühafizə orqanlarına və məhkəmələrə həvalə olunub”- deyə Minasyan yazıb.
Qeyd edək ki, parlamentində “Vətəndaş Sazişi” fraksiyasının bir neçə deputatı ədliyyə nazirinin istefası məsələsini qaldırmaq üçün imza toplayıb.