Ermənistanın Azərbaycanla dövlət sərhədində rus sərhədçiləri yerləşdiriləcək

18 Dekabr 2020 - 18:34

Ermənistanla Azərbaycan arasında Sünikdən keçən dövlət sərhəddində rus sərhədçiləri duracaq.

Azpost.indo erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyanla Rusiyalı həmkarı Sergey Şoyqu arasında keçirilmiş görüşdə razılıq əldə edilib.

Bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Moskvada rus sərhədçilərinin həmin sahədə yerləşdirilməsi barədə qərar verilib. Bu razılıq sərhədin təhlükəsizliyi baxımından izah edilib.