“Ermənistanın caniliklərinə artıq “Dur!” deyilməlidir!” –

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ
15 Oktyabr 2020 - 18:06

“Ermənistanın törətdiyi müharibə və insanlıq cinayətlərini bütün dünyaya çatdırmaq üçün səylərimizi əsirgəməyəcəyik”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsindəki paylaşımda bildirilib.

Paylaşımda qeyd edilib ki, yaşayış yerlərini hədəf alan, kasetli bomba və fosfor bombası istifadə edən Ermənistan indi də qəbiristanlığa gedən mülki şəxsləri vurub: “Ermənistanın caniliklərinə artıq “Dur!” deyilməlidir”. (apa)