Qarabağda gedən döyüşlərə könüllü kimi qatılan Ermənistan parlamentinin eks-deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyan ağır yaralanıb.
Azpost.info bildirir ki, bu barədə nyus.am-a “Çiçəklənən Ermənistan” partiyasının üzvü Araik Aqababyan məlumat yayıb.
Həmçinin deputatın oğlu da döyüşdə əsgərlərimiz tərəfindən məhv edilib.
Aqababyan eks-deputatın ağır vəziyyətə olduğunu, gecə əməliyyat edildiyini söyləyib. Onlar döyüşlərin 2-ci günü cəbhəyə könüllü kimi yollanıblar.