Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan koronavirusa yoluxub

14 Aprel 2021 - 23:48

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan koronavirus testindən keçib, nəticə müsbət olub.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan “Facebook”da məlumat yayıb.

Qeyd edib ki, sabiq prezidentə profilaktik müalicə təyin olunub: “Ter-Petrosyan evdə həkimlərin nəzarəti altında müalicə olunur”.