Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa verdi

27 May 2021 - 21:23

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan vəzifəsindən istefa verib.

Azpost.info bildirir ki, bu barədə XİN mətbuat katibi Anna Naqdalyan bildirib.

A.Ayvazyan 18 noyabr 2020-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəlki nazir Zoqrab Mnasakanyan siyasi rəhbərliklə fikir ayrılıqlarına görə postunu tərk etmişdi.

A.Ayvazyanın da vəzifəsini tərk edəcəyi barədə xəbərlər fevral ayından yayılırdı.