Ermənistanın yeni prezidenti birinci turda seçilə bilməyib

prezident ermeni

Ermənistanın yeni prezidenti birinci turda seçilə bilməyib. 

Azpost.info bildirir ki, Ermənistan parlamentinin martın 2-də keçirilən gizli səsvermə başa çatıb. Martın 3-də nəticələr açıqlanıb.

“Vətəndaş sazişi” partiyası bu posta yüksək texnologiyalar naziri Vahan Xaçatryanın namzidəliyini irəli sürüb. O, yeganə namizəd olub. Parlament müxalifəti namizəd irəli sürməkdən imtina edib.

Səsvermədə 107 deputatdan 69 nəfəri iştirak edib. Deputatların hamısı hakim partiyanın təmsilçiləri olub. Xaçatryanın seçilməsi üçün 81 səs tələb olunsa da hakim partiyanın parlamentdə bu qədər deputatı yoxdur. Paşinyanın tərəfdarları 71 nəfərdir.

Qanuna görə isə prezident ümumi deputatların dörddə üç hissəsinin səsini almalıdır. Əgər seçki baş tutmursa o zaman ikinci tur keçirilir. İkinci turda namizəd deputatların beşdə üç hissəsinin səsini almalıdır. Bu da alınmasa 3-cü tur olur. Üçüncü turda prezidentliyə namizəd ümumi deputatların əksəriyyətinin səsini alaraq bu posta seçilmiş sayılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir