“Ermənistanla normallaşma addımları Azərbaycanın razılığı ilə atılır”-AKP-nin sözçüsü

“Türkiyə Ermənistanla normallaşma prosesində bir daha sülh və diplomatiyanın tərəfdarı olduğunu nümayiş etdirdi”.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

O, qeyd edib ki, Ermənistanla uçuşlar bərpa olunur, amma bu nöqtəyə gəlib çıxmaq üçün uzun bir yol qət edilib.

Çelik, həmçinin, əlavə edib ki, Vətən Müharibəsi bu normallaşmanın baş verməsi və bölgədəki sülh üçün bir fürsət yaradıb:

“Bu normallaşma addımları Azərbaycanın razılığı ilə atılır”, – deyə Çelik qeyd edib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda Azərbaycan maşınlarını sülhməramlılarla birgə polis geyimində erməni separatçı yoxlayır? –

Sonrakı məqalə

Həştərxanda “Gənclər Günü” Heydər Əliyevin abidəsi ziyarət olunub