“Ermənilər Bakıda” videosunun “qəhrəmanları” tapıldı, üzr istədilər –VİDEO

2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışması, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.

“Ermənilər Bakıda” başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.

İTV bildirir ki, araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onlar toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Facebook” İranın ali dini rəhbəri Xamneyinin hesabını qapatdı

Sonrakı məqalə

Milli Məclisin deputatı vəfat etdi