“Ermənistan Azərbaycan XİN rəhbəri ilə görüşü boykot etməyib” –Təhlükəsizlik Şurasının katibi

Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünü boykot etməyib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.

O, bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.

Nazirlərin görüşündə iştirak etməməklə Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaşaya bilərmi sualına Təhlükəsizlik Şurasının katibi “Ermənistan böhran yaratmaq üçün belə bir addım atmayıb”,- deyə cavab verib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya və Azərbaycan XİN başçılarının görüşündə iştirak etməyib.

Moskvada baş tutan ikitərəfli görüşdə Lavrov Mirzoyanın qərarına kifayət qədər sərt reaksiya verib.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Sonrakı məqalə

ABŞ Prezidenti Yeni ili adada qarşılayacaq