Ermənistan İrəvan-İstanbul təyyarə reysinə icazə verdi

ermeni avia

Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri yerinə yetirməyə icazə verib.

“Sputnik Armenia” xəbər verir ki, uçuşlar yanvar ayından başlayacaq.

Şirkət hələ dekabrın 23-də Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyinə uçuşlarla bağlı müraciət etmişdi. Ölkələr arasında diplomatik münasibətlərin olmaması səbəbi ilə çarter uçuşları qeyri-müntəzəm olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir