Erməni jurnalistlər Bakıya gələcək?- Rusiya XİN başçısından açıqlama

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında mövqelərin yaxınlaşması, razılığa gəlmələri üçün səy göstərməlidir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada danışıqlardan sonra bildirib.

Rusiyalı nazir aprel ayında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədləri ilə Moskvada görüş zamanı da gərginliyi azaltmaq, etimad mühiti yaratmaq məqsədilə əsir və girovların qarşılıqlı təhvil verilməsi, habelə jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etməyin gündəmə gəldiyini xatırladıb.

Hazırda Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri məsələsində müəyyən ümidlər yarandığını qeyd edən S.Lavrov əsir və girovlar məsələsində vəziyyətin o qədər də yaxşı olmadığını dilə gətirərək yenə də bu istiqamətdə irəli getməyin vacibliyini vurğulayıb(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan və Ermənistanın XİN başçılarının Bratislava görüşü danışıqları canlandıracaq”

Sonrakı məqalə

Prezident İlham Əliyev Yevlaxa icra başçısı təyin etdi