Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru istintaqa çağırılıb

1580460622717_00KlgqOb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artuq Vanetsyan yanvarın 30-da İstintaq Komitəsinə çağırılıb.

APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan bildirib ki, A. Vanetsyan iki iş üzrə dindirilib. Birinci iş dinləmə ilə bağlı olub, bu iş üzrə onun adı şahid qismində keçir. Bu iş üzrə onun mobil telefonuna da baxış keçirilib.   

İkinci iş isə Ermənistan Futbol Federasiyasında sui-istifadə faktı ilə bağlıdır. A. Vanetsyan bu iş üzrə də şahid qismində dindirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir