Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırıldı

sarksiyan02

Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırılıb.

Bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə protokol imzalayıb.

Ermənistan Prezidentinin istefa qərarı verməsindən keçən 7 gün ərzində qərarını dəyişmədiyi üçün onun səlahiyyətlərinin dayandırılması barədə qərar qüvvəyə minib.

Müvafiq qərar bu gün qanunverici orqanın saytında da yerləşdirilib.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir