Ermənistan Təhlükəsizlik Şurası prezidenti Baş Qərargah rəisini istefaya göndərməyə çağırıb

Ermənistan Təhlükəsizlik Şurası Baş qərargah rəisini istefaya göndərməklə bağlı müvafiq Fərmanı imzalamaq üçün Ermənistan Prezidenti Armen Sarkisyana müraciət edib.

Bununla bağlı Ermənistan Təhlükəsizlik Şurası bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Təhlükəsizlik Şurası Silahlı Qüvvələrin siyasi prosesə cəlb edilməsi cəhdlərini qətiyyətlə pisləyir: “Konstitusiya Silahlı Qüvvələrin siyasi proseslərə qarışmanın yolverilməzliyini, mülki nəzarət altında olma faktını açıq şəkildə müəyyənləşdirir. Qanuna əsasən, Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin təyin və ya vəzifədən azad edilməsi təklifi Baş nazirin qərarına əsaslanır”.

Bəyanatda qeyd olunub ki, Ermənistan respublikasının prezidenti konstitusiyaya riayət olunmasına nəzarət edir və belə olan halda birmənalı olaraq müvafiq bir mövqe qoymalıdır: “Yuxarıda göstərilənlərə əsaslanaraq Təhlükəsizlik Şurası prezidenti Baş qərargah rəisini istefaya göndərmək və müvafiq Fərmanı imzalamaq barədə Ermənistan Respublikası Baş nazirinin vəsatətini təmin etməyə çağırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyini bəyan etdi

Sonrakı məqalə

“”İsgəndər” raketi ilə bağlı İrəvanın verdiyi son bəyanat Kremli qane edir” –