Ermənistan və Azərbaycan arasında dəmir yolunun operatoru Rusiya şirkəti olacaq

“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (CQDY, “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi) Ermənistan və Azərbaycan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında bildirib.

“Dəmir yolunun bərpası ilə bağlı mütəmadi olaraq ikitərəfli əlaqələrimiz olacaq, çünki infrastrukturun operatoru CQDY-dir. “Rusiya Dəmir Yolları” bu sahədə dünyanın ən ciddi təşkilatlarından biridir”, – M. Qriqoryan qeyd edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilayət Eyvazov Ramiz Mehdiyevin baldızı oğlunu vəzifədən azad edib

Sonrakı məqalə

İşğaldan azad edilmiş ərazilərdə ötən il DSX-nin 19 yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb