Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılacaq- İlin sonunadək

Ermənistanda hökumət koronavirusa qarşı mübarizə çərçivəsində elan edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddətini yenidən uzatmaq istəyir.

“Report” xəbər verir ki, məlumatı “Qraparak” yayıb.

“İyulun 14-də fövqəladə vəziyyət rejiminin üçüncü müddəti başa çatır. Ancaq bəzi məlumatlara əsasən, Ermənistan azı dekabradək fövqəladə vəziyyət rejimində yaşayacaq”, – qəzet yazıb.

Qəzetin bildirdiyinə görə, hökumət fövqəladə vəziyyət rejimini müxalifətin müxtəlif aksiyalarının qarşısını almaq üçün uzatmaq niyyətindədir.

Qeyd edək ki, Ermənistanda martın 14-dən fövqəladə vəziyyət rejimidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Buraxılış və qəbul imtahanlarının nəticələri elan olunub

Sonrakı məqalə

Sabah hava necə olacaq?