Ermənistandan Bakıya jurnalistlər GƏLİR –Səfər vaxtı məlum oldu

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək.

Azpost.info bildirir ki, bu barədə virtualaz.org məlumat yayıb.

Saytın əldə etdiyi bu xəbəri XİN-dən nə təsdiq, nə təkzib ediblər. Amma “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiqləyib. O, deyib ki, erməni jurnalistlərinin Bakıya səfər edəcəyi haqda eşidib: “Amma “Yeni nəsil” jurnalistlər birliyi bu səfərin təşkilində iştirak etmir”

Məlumata görə noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq

Sonrakı məqalə

“Bizneslərinizi şəffaflaşdırın!”