Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib- SƏBƏB

Ermənistanın İsraildə səfirlik açması İranda etirazlara səbəb olub.

APA-nın Tehran bürosunun məlumatına görə, buna etiraz edən bir qrup tələbə Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib. 

Aksiya iştirakçıları Ermənistan hökumətinin İsraildə səfirlik açmasını pisləyiblər. Etirazçılar Ermənistan hökumətindən bu qərarına yenidən baxmasını tələb ediblər. 

Aksiyanın sonunda bəyanat qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyanın ən bahalı şəhərləri

Sonrakı məqalə

Rusiyada tədris ili sentyabrın 1-də başlayacaq