Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək. APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib. Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq. Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək.

AzPost.az