Ermənistan parlamentinin sədri deputat mandatından imtina etdi

Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan deputat mandatından imtina edib.

Azpost.info bildirir ki, o bu barədə bu gün keçirdiyi brifinqdə bəyan edib.

“Parlamentin sədri kimi işimi davam etdirmək istəyirdim. Amma partiya və bir idarə heyəti var və mən həmişə idarə heyətinin qərarına əməl etmişəm”-deyə Alen Simonyan yeni parlamentdə yeni spiker Ruben Rubinyana üstünlük verməsindən inciyib-incimədiyi soruşulduqda bildirib.

“Mən idarə heyətimin qərarına tabe oluram. Parlametntin sədri kimi fəaliyyətimi davam etdirməyəcəyəm. Belə bir narazılığım yoxdur; inanıram ki, iş prosesi bəzi dəyişikliklər tələb edir. Ümid edirəm ki, nə vaxtsa ölkəmizə və partiyamıza faydalı olacağam. Bunu Baş nazirlə və idarə heyəti ilə müzakirə etmişəm. Mandatı qəbul etməyəcəyəm və parlamentə millət vəkili kimi qayıtmayacağam”, – Simonyan bildirib.

O, qeyd edib ki, hər şeydən əvvəl bir az dincəlmək istəyir. “İş baxımından mənim üçün çətin bir il oldu. Unutmayın ki, bu, müharibədən sonrakı parlament çətinliklərə və çətin vəziyyətlərə dözən bir parlament idi. Bir az dincəlmək istəyirəm. Mənim də şəxsi həyatım var və nəhayət ki, hər şeyi yoluna qoymaq istəyirəm” – deyə Simonyan yekunlaşdırdı.

Xatırladaq ki, Alen Simonyan da yeni parlamentin spikeri vəzifəsinə namizədlər arasında idi. Lakin hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti bu yaxınlarda onun deyil, Ermənistan parlamentinin hazırkı vitse-spikeri Ruben Rubinyanın namizədliyini təsdiqləyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.