Ermənistan dünən qəzaya uğrayan SU-25 döyüş təyyarəsinin görüntülərini yayıb.
Hadisə zamanı Ermənistan Hərbi Hava Qüvvələrinin pilotu, mayor Valeri Danelin həlak olub.
Qeyd edək ki, ermənilər dünən bir ədəd SU-25 təyyarələrinin türk F-16 təyyarəsi tərəfindən vurulması barədə xəbər yaymışdılar.
Azərbaycan və Türkiyə rəsmiləri xəbəri cəfəngiyat adlandıraraq, təkzib etmişdilər.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın iki SU-25 təyyarəsinin dağa dəyərək partladığını deyib.