Suriya prezidenti Bəşər Əsəd Ərəb Respublikasının yeni hökumətinin formalaşdırılması haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə SANA agentliyi Suriya liderinin ofisinə istinadən məlumat yayıb.
Sənəddə deyilir ki, Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi ilə yeni hökumətin yaradılmasına qərar verib.
Əl-Cəlali 2014-cü ilin avqustundan 2016-cı ilin iyuluna qədər rabitə və texnologiya naziri vəzifəsində çalışıb. 2008-2014-cü illərdə Rabitə Nazirliyində rəis müavini vəzifəsində işləyib.
Azpost.info