Estoniya rekord məbləğdə hərbi texnika alır
Estoniya Müdafiə İnvestisiya Mərkəzi Latviya Müdafiə Nazirliyi ilə birlikdə 693 milyon avro dəyərində 16 növ hərbi texnika alacaq.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu, Estoniya tarixində hərbi texnikaya ödəniləcək ən yüksək məbləğdir.
“Bu satınalmalar şübhəsiz ki, danışıqlarda daha yaxşı mövqeyi təmin edəcək”, – Müdafiə İnvestisiya Mərkəzinin bəyanatında deyilir.
Mərkəzin nəqliyyat departamentinin rəhbəri Tomas Kaldanın sözlərinə görə, tender çərçivəsində yaxın on il ərzində çoxlu sayda 16 müxtəlif növ avadanlıq tədarük edəcək tərəfdaş tapmaq planlaşdırılır. Bu avadanlıqlar Estoniya Müdafiə Qüvvələrinin, milli milislərin, polisin və sərhədçinin, eləcə də Latviya Müdafiə Nazirliyinin tabeliyində olan
qurumların ehtiyacları üçün nəzərdə tutulur.
Satınalma çərçivəsində həm yeni, həm də işlənmiş avadanlıqlar alınacaq. Proses iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə yükgötürmə qabiliyyəti beş tona qədər olan avtomobillər, daha sonra digər avadanlıqlar alınacaq.
Azpost.info
