Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ev təmiri üçün 1,3 milyon manat aldı, işləri yarımçıq qoydu – şirkət rəhbəri tutuldu

User 21 Oktyabr 2026 - 13:37 (Last updated: 21 Oktyabr 2026 - 13:37)
WhatsApp Image 2026-10-21 at 12.38.14

Polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.

Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.

AzPost.az

Post navigation

Previous: XİN 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına salıdı – ADLAR
Next: Putinlə Uitkoffun görüşü başladı – Zelenskinin təklifləri müzakirə olunacaq?

Oxşar xəbərlər

Həbs
  • Sosial

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq ittihamı ilə həbs olunub

User 21 Oktyabr 2026 - 10:55
qht neft
  • Sosial

“Yaşıl enerji” və müasir ekoloji çağırışlar mövzusunda tədbir keçirilib

User 21 Oktyabr 2026 - 10:40
qht paris
  • Sosial

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

User 21 Oktyabr 2026 - 09:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.