Müğənni Xuraman Şuşalı karantin günlərini evdə uşaqları ilə keçirməyin çətinliklərindən bəhs edib.
Axşam.az xəbər verir ki, sənətçi şikayətlərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb:
“Dörd uşaqla evdə oturmaq… Bilirəm ki, izləyicilərimin çoxu ailəli xanımlardır. Uşaqlarla evdə nə edirsiniz? Bizdə qırğındır. Bircə istəyim yığışıb kəndə getməkdir. Bunları həyətə buraxım qaçsınlar. Mən də qaçım… Görəsən ayın 5-dən sonra rayona getməyə icazə olacaq?”.