“ExxonMobil” Çinə 10 milyard dollar sərmayə yatıracaq

05 Dekabr 2019 - 16:57

“ExxonMobil” neft şirkəti Çinin enerji bazarının inkişafına töhfə vermək üçün bu ölkəyə investisiyalarını artıracaq.

10 milyard dollarlıq sərmayə ilə “ExxonMobil” tərəfindən maliyyələşdirilən “Huizhou” neft-kimya zavodunun inşasına 2020-ci ilin iyununda başlanılacaq. Layihə üzrə aşağı enerji sərfiyyatı olan materiallardan istifadə prioritet olacaq(azərtac).