Eyfel qülləsi iyunun 25-də turistlər üçün açılacaq

10 İyun 2020 - 13:25

Parisdə Eyfel qülləsi iyunun 25-dən etibarən turistləri qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə Eyfel qülləsinin rəsmi saytında deyilir.

Qeyd olunur ki, 11 yaşından yuxarı turistlər üçün maska taxmaq məcburi olacaq.

Xatırladaq ki, Eyfel qülləsi koronavirus pandemiyası ilə əlaqədar mart ayında turistlər üçün bağlanmışdı. Bu, İkinci dünya müharibəsindən sonra qüllənin bağlı qaldığı ən uzun müddət olub.