Futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçirilib. "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gəlib. "Yeni Adana" arenasında reallaşan qarşılaşma İstanbul klubunun inamlı qələbəsi ilə başa çatıb - 2:0. Qolları Kərəm Aktürkoğlu və Con Duran vurublar. Bununla da "Fənərbağça" Superkubokun finalında "Qalatasaray"a rəqib olub. İstanbul derbisi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

AzPost.az