“Fəal döyüşlər gedə-gedə, sülhməramlılar haqda danışmaq tezdir” –

PREZİDENT
16 Oktyabr 2020 - 19:37

“Bilirsiniz, eyni zamanda Rusiyanın Prezident ofisində deyildi ki, bu, hər iki tərəfin – Azərbaycanın və Ermənistanın razılığı əsasında ola bilər. yəni bu, əslində hər şeyi özü deyən bir məsələdir. Hər iki tərəf buna razılıq verməlidir, bir. İkincisi, baza prinsiplərində mən artıq bu məsələ ilə bağlı fikirlərimi bildirmişdim. Baza prinsipləri arasında sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsi var. Ancaq ən son mərhələdə…”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Rusiya Xarici İşlər naziri Lavrov açıqlamasında Qarabağa hərbi müşahidəçilər göndərə biləcəklərini söyləyib. Buna razılıq verəcəksinizmi” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, torpaqlar işğaldan azad edilir, 5 rayon, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağ ərazisindən Şuşaya Azərbaycan əhalisi qayıdır: “Ondan sonra sülhməramlı qüvvələr gəlir. Ona görə, bu gün bu haqda danışmaq tezdir. Bir. İkincisi, hansı ölkələr bu barədə sülhməramlılar içində olacaq. Bu da hər iki tərəf arasında razılaşdırılmalıdır. Bu məsələ ilə bağlı müzakirələr müddətində hər hansı mübahisə olmamışdır. Hesab edirəm ki, Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunu razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal döyüşlər gedə-gedə, bu haqda danışmaq bir qədər tezdir”.