Fərhad Əliyevin qardaşının qaynı oğlu Rusiyada öldürülüb –"13-cü mərtəbədən yerə atıblar"

Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.

Paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub.

Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar.

Gənc azərbaycanlı hadisə yerindəcə keçinib.

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.

Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Onu da qeyd edək ki, R.Əliyev sabiq nazir Fırhad Əliyevin qardaşıdır. (Teleqraf.com)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.