Fələstin ABŞ-ın dövlət katibini məhkəməyə vermək niyyətindədir

Fələstin rəhbərliyi ABŞ-ın dövlət katibi Mayk Pompeo barəsində Beynəlxalq Cinayət Məhkəməsinə iddia vermək niyyətindədir.

APA-nın “RİA Novosti”ə istinadla verdiyi xəbərə görə, Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib ki, buna səbəb Pompeonun yəhudilərin məskunlaşdığı İordan çayının Qərb sahili ilə bağlı açıqlaması olub.

“Fələstin rəhbərliyi yaxın günlərdə Beynəlxalq Cinayət Məhkəməsinə şəxsən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bağlı iddia verəcək”, – əl-Maliki söyləyib.

O əlavə edib ki, ABŞ-ın açıqlamasının heç bir hüquqi gücü yoxdur, ancaq regionda təhlükəsizliyin pozulması üçün ciddi səbəbə çevrilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxulislam Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşüb –

Sonrakı məqalə

Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu –