Fələstinlilər Trampın sülh planına etiraz edir –Ərəb dünyasını boykota çağırdılar

ABŞ prezidenti Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Donlad Tramp bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Ev görüşü zamanı bildirib.

Plana əsasən İordan çayının qərb sahili xəritəsi yenidən müəyyən ediləcək və fələstinlilərə dövlətçilik yolu açılacaq. Fələstinlilər plana etiraz edərək, ərəb dünyasını planı boykot etməyə çağırıb.

İki ölkə liderinin Ağ Evdəki görüşü zamanı fələstinlilər Donald Tramp və Benyamin Netanyahunun portretlərini yandırıb.

Plan İsrailin Qüds üzərindəki suverenliyini tanımaqla yanaşı, İordan çayının qərb sahilinin sərhədlərinin yenidən müəyyən edilməsinə çağırır. “Biz İsraillə birgə komitə təsis edəcəyik, dərhal əldə edilməsi üçün daha dəqiq konseptual xəritə çəkəcəyik” – deyə, Tramp bildirib.

Planda iki dövlətçilik konsepsiyası da yer alır. Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsi təklif edilir. Tramp Fələstin ərazilərinin iki dəfə artacağını qeyd edib. Bunun müqabilində İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntələri İsrailin ərazisi hesab edilməklə yanaşı, inşaat 4 il müddətinə dayandırılacaq.

“Planın qəbul edilməməsi yaşayış məntəqələri üçün ərazilərin itirilməsi olacaq. Fələstinlilərin də çıxış yolu yoxdur. Onlar atıq ərəb dünyasının dəstəyi və maliyyə yardımından məhrumdur. Bu baxımdan al və ya rədd etdən başqa variant yoxdur. Eyni zamanda bu onlar üçün ən yaxşı variant ola bilər” , Vaderbilt universitetindən Tomas Şvarts bildirib.

Daha əvvəl ABŞ İsrailin Qolan yüksəkliklərinin ilhaqını tanımış və səfirliyini Tel-Əvivdən Qüdsə köçürmüşdü.

Fələstinlilər planı rədd edib.  “Fələstinlilərin bunu qəbul etməsi qeyri-mümkündür. Bu, beynəlxalq qanunlar və insan haqlarına ziddir. Plan yaşayış məntəqələrinin inşasına bəraət qazandırır. Bu isə hər bir insan haqları təşkilatı tərəfindən rədd edilir. Bu, sülh yolu deyil” , Əl-Şəbəkə təşkilatından Halah Əhməd deyib.

Plan Netanyahunun seçkiqabağı kampaniyası zamanı vəd verdiyi İordaniya vadisinin ilhaqına yol aça bilər.

“Bir çox plan İsraili həyati əhəmiyyət kəsb edən İordan vadisindən çıxmasını tələb edirdi. Lakin siz, cənab prezident İsrailin vadi və Yəhudeyə və Samariya kimi ərazilər üzərindəki suverenliyini tanıdınız” , Netanyahu qeyd edib.

Tramp və Netanyahu yeni seçkilərə hazırlaşır. Tənqidçilər planın zamanlanmasını sual altına alıb.

“Plan İsrailin sağ cinah inşaat hərəkatı və ABŞ-ın evenqelistlərinə xidmət edir. Bunun sülh planı ilə heç bir əlaqəsi yoxdur”, Halah Əhməd deyib.

Netanyahu korrupsiya ittihamları, Tramp isə Senatda impiçment mühakiməsi altındadır.

1993-cü il Oslo sülh sazişindən bəri Amerika prezidentləri Yaxın Şərqdə sülh planı əldə etməyə cəhd etsə də, səylərin heç biri baş tutmayıb.

Ötən iyun ayında Trampın təklif etdiyi planın iqtisadi hissəsini də fələstinlilər qəbul etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvanda 6 aylıq körpə ölüb –

Sonrakı məqalə

Çində 130-dan çox insan koronavirusdan sağalıb