“Fənərbağça” səfərdə çətin qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.

İkinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çempionatın lideri “Fənərbağça” səfərdə “Qaziantep”i çətinliklə məğlub edib – 1:0. Yeganə qolu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub. 50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.

Bu qələbə ilə xallarını 53-ə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. “Qaziantep” isə 21 xalla 16-cıdır.

Günün digər matçlarında “Konyaspor” “İstanbulspor”la 0:0, “Antalyaspor” “Trabzonspor”la 1:1 hesablı heç-heçə edib, “Samsunspor” isə “Sivasspor”a 2 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, XX tura yanvarın 15-də keçiriləcək “Qalatasaray” – “Kayserispor” görüşü ilə yekun vurulacaq

Əvvəlki məqalə

İslandiyada püskürən vulkanın lavası evlərə çatıb

Sonrakı məqalə

DTX saxta pasport satan transmilli cinayətkar dəstəni ifşa edib –