“F-16-ların Türkiyəyə satışını təsdiqləyin!”- Bayden Konqresə çağırış etdi

Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməsindən sonra ABŞ prezidenti Co Bayden F-16-ların Ankaraya verilməsi ilə bağlı hərəkətə keçib.

Azpost.info xəbər verir ki, Bayden Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbərlərinə məktub göndərərək F-16 qırıcılarının Türkiyəyə satışını təsdiqləməyə çağırıb.

Türkiyə parlamenti yanvarın 23-də İsveçin NATO-ya üzvlüyünə səs verib. Ərizənin ratifikasiyasının lehinə 287, əleyhinə 55 deputat çıxış edib. İndi sənəd imzalanmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndəriləcək.

Bundan əvvəl Konqres üzvləri xəbərdarlıq etmişdilər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin ərizəsini ratifikasiya etməyənə qədər Türkiyəyə F-16-ların satılması məsələsinə səs verməyəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Bu ildən bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtı dəyişdirilib

Sonrakı məqalə

Şolts Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib