Faşistlərin gizlətdiyi 30 ton qızıl olan xəzinənin xəritəsi tapılıb

Faşistlərin gizlətdiyi qızıl xəzinəsinin yerini göstərən xəritə böyük müzakirələrə səbəb olub.

Azpost.info bildirir ki, bu barədə FOX News məlumat yayıb.

Xəritə “Mixaelis” ləqəbi ilə SS zabitinin yazdığı gündəliklərin arasında tapılıb. Həmin gündəlikdə o, SS rəhbəri Henri Himlerin müharibə vaxtı oğurladığı var-dövləti, qiymətli sənət əsərlərini harada gizlətmək istəməsi ilə bağlı planlarından yazıb.

Həmin gündəlikdə nasistlərin ələ keçirdikləri var-dövləti gizlətdikləri 11 yer göstərilib. Bu sırada Polşada 16-cı əsrə aid Roztok qalasının ətrafı da qeyd olunub.

Söhbət 30 ton qızılın yerləşdiyi xəzinədən gedir. Bu xəzinənin Xoxberq sarayı kimi tanınan qaladakı quyunun dibində olduğu guman edilir. Polşanın TFN saytı yazır ki, bu qızılın dəyəri milyardlarla avro qiymətindədir.

Gündəlik uzun illər Almaniyanın Kvedlinburq mason lojasında saxlanılıb. Faşist zabitləri, o cümlədən gündəliyi yazan “Mixaelis” bu lojanın üzvləri olub. 2019-cu ildə loja gündəliyi ikinci dünya müharibəsi ilə bağlı üzrxahlıq edərək bu gündəliyi “Sileziya körpüsü” Fonduna verib.

Fondun rəhbəri Roman Furmanyak TFN-ə deyib ki, Roztok qalası gündəlikdə adı çəkilən faşistlərin 11 gizli saxlanc yerlərindən biridir.

Polşanın Mədəniyyət Naziri Maqdalena Tomaşevskaya bəyan edib ki, gündəliyin saxta olub –olmadığı tədqiq olunur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramiz Mehdiyev Nadir şahın qətlindən yazdı

Sonrakı məqalə

Ər-arvad 7 yaşlı qızı tutuquşuna görə öldürüb –