Fatih Terim istefaya göndərilib

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi təcrübəli mütəxəssisi istefaya göndərib.

Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Onunla görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Sonrakı məqalə

Qvardiolanın keçmiş köməkçisi “Qalatasaray”a baş məşqçi gəlir