Fatmayı kəndində top mərmiləri tapıldı –FOTO

Abşeron rayonu Fatmayi kəndi, “badamlıq” adlanan ərazidə mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi bildirir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və qeyd olunmuş əraziyə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olan (A-IX-2, heksogen) 57 mm-lik top mərmisi (OR-281) və 2 ədəd tərkibində partlayıcı maddə olmayan top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 76 mm-lik OF-350) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 1 200 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qorxunc görünüşlü “buynuzlu turist” Azərbaycanı bəyənib:

Sonrakı məqalə

Heydər Əliyev 1999-cu ildə yazıçılara Qarabağla bağlı hansı SİRRİ açmışdı? –