Federasiya Şurası Rusiya ordusunun Qarabağda sülhməramlı missiyada iştirakına icazə verdi

18 Noyabr 2020 - 11:44

Rusiya Federasiya Şurası Silahlı Qüvvələrin (SQ) Dağlıq Qarabağda sülhməramlı missiyada iştirakına icazə verib.

Bu gün Federasiya Şurasının plenar iclasında prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiyada istifadə olunması ilə bağlı müraciətinə baxılıb.

İclasda Rusiya prezidentinin müraciəti qəbul olunub.