“Fənərbağça” Fransa klubu ilə heç-heçə etdi. UEFAUEFA Avropa Liqasının əsas mərhələsində VII turun daha 8 oyunu keçirilib. AzPost bildirir ki, "Fənərbağça" Türkiyədə Fransanın "Lion" klubunu sınağa çəkib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydan sahibləri isə 9 xalla 19-cu sırada yer alıblar. Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb: UEFA Avropa Liqası Liqa mərhələsi, VII tur 23 yanvar 21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) - 0:0 21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) - 2:3 21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland) - 2:3 21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) - 3:1 21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 0:1 21:45. “AZ Alkmaar” (Niderland) - “Roma” (İtaliya) - 1:0 21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) - 2:0 21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 2:3 Qeyd edək ki, VII turun son 8 oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürüb.