“Fermer olsam da, öz vəzifəmi yerinə yetirəcəyəm”- Baş nazirdən açıqlama

Gürcüstanın baş naziri Giorgi Qaxaria son zamanlar istefası barədə yayılan xəbərlərə münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu cür informasiyaların kimin və nə məqsədlə yaydığının ona maraqlı olmadığını bildirib.

Hökumət başçısı deyib ki, hansı vəzifə tutacağı onun üçün əhəmiyyətli deyil: “Hökumətdə, hökumət başçısı və ya fermer olsam da, hər yerdə öz vəzifəmi yerinə yetirəcəyəm”.

Qeyd edək ki, qonşu ölkənin bəzi müxalif media qurumları G.Qaxarianın iyunun 20-də artıq baş nazir vəzifəsindən gedəcəyi barədə məlumatlar yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həftəsonu karantin rejimində növbətçi vəkillərin hərəkətinə icazə veriləcək

Sonrakı məqalə

Tanınmış sovet aktyoru Mixail Kokşenov vəfat edib