Fevral ayında 2371 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bunu Azpost.info-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
O qeyd edib ki, onların 50,4%-ni kişilər, 49,6%-ni isə qadınlar təşkil edir.