Fevral ayında ünvanlı sosial yardımın məbləği nə qədər olub? –

AÇIQLAMA
01 Mart 2021 - 14:54

2021-ci ilin fevral ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 244 manat təşkil edib.

Bunu Azpost.info-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.2 % artım deməkdir.