FHN-də kadr dəyişikliyi –General işdən azad edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Azpost.info modern.az-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanla daha güclü əlaqələr qurmaq istəyirik”

Sonrakı məqalə

Polis yanğın yerində oğruluq edən qarətçiləri saxlayıb –