FHN Şəmkir bazarında baş verən yanğınla bağlı məlumat yaydı

26 İyun 2020 - 01:57

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunda bazarda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, Şəmkir rayonunda “Şəmkir səbəti” mərkəzi bazarın ərazisində 20 ədəd bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyekti və piştaxtaların yanar hissələri 400 kvadratmetr sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.