Rusiya və Belarusda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi şahmat yarışları və tədbirləri keçirilməyəcək.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, federasiya bu qərarını Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqələndirib. FİDE siyasi münaqişələrin həlli üçün hərbi vasitələrdən istifadəni pisləyib: “Beynəlxalq Şahmat Federasiyası Şurası şahmat ictimaiyyətinin hər hansı üzvünün əsassız hərbi əməliyyatları dəstəkləyən istənilən bəyanatını pisləyir və qrossmeysterlər Sergey Karjakin və Sergey Şipovun işini Etika və İntizam Komissiyasına göndərir”. Azpost.info